2 iyul tarixində Parla Pharmaceuticals şirkəti Argentina səfirliyi ilə görüş keçirib. Görüşdə Argentinanın Azərbaycandakı səfiri cənab Sergio Perez Gunella və Missiya Rəhbərinin Müavini, xanım Corina Beatriz Lehmann iştirak edib. Hər iki ölkənin əczaçılıq sahəsində özəl sektorunun əlaqələndirilməsi və mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, rəsmilər Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan Parla Pharmaceuticals-ın fəaliyyət istiqaməti ilə yaxından tanış olublar. Tərəflər yerli istehsalın əhəmiyyəti, mümkün qarşılıqlı ixrac imkanları və texnologiya mübadiləsi mövzusunda da danışıqlar aparıblar, əczaçılıq və səhiyyə sektorunun əhəmiyyətinə, yerli əczaçılıq sektorunun inkişafının önəminə diqqət çəkiblər.
Copyright © 2023. Bütün haqlar qorunur.