Sağlamlıq üçün parlayaq
Biz daha sağlam gələcək naminə çalışırıq.
Bizim məqsədimiz səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Missiyamız, dəyərlərimiz və korporativ mədəniyyətimizə sadiq qalaraq, pasiyentlərimiz, cəmiyyətimiz və ətraf mühitə öz töhfəmizi vermək üçün dayanmadan çalışırıq.
Parla Pharmaceuticals yüksək texnologiyalı dərmanların tam istehsalına yönəlmiş Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir.
İnnovasiya və yüksək texnologiya əsasında keyfiyyətli dərman məhsulları təmin edirik
Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olaraq, yüksək texnologiyalı dərmanların istehsalını həyata keçirməyə yönəlmişik. Məhsul portfelimizə,həmçinin, biotexnoloji və nanotexnoloji dərmanlar da daxildir. Yüksək keyfiyyətli əczaçılıq məhsulları yüksək GMP standartlarına cavab verir.
Biz cəmiyyət və ətraf mühit qarşısındakı məsuliyyətlərimizi dərk edirik
Biznesin dayanıqlılığına nail olmaq üçün Parla öz qarşısına cəmiyyət və ətraf mühitlə bağlı məsuliyyətlər qoyub. Biz bütün fəaliyyətimizdə bu korporative sosial məsuliyyət öhdəliklərini qəbul edir və bu istiqamətdə müvafiq tərəflərlə əməkdaşlıq edərək Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçiririk.
Pasiyentlər bizim üçün önəmlidir
Parla®-ın əsas maraqlarından biri pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu, bizim aldığımız bütün qərarların və fəaliyyətimizin əsasında dayanır.