“Parlayan istedadlar” Parla® Pharmaceuticals şirkətinin layihəsi

“Parlayan istedadlar” Parla® Pharmaceuticals şirkətinin peşəkar, yüksək ixtisas biliklərinə sahib olan həkimlərin müxtəlif bacarıqların inkişafına yönəlmiş layihədir.
Layihənin məqsədi seçilmiş həkimlərin xəstələr, həmkarlar və ictimaiyyətlə ünsiyyətin keyfiyyətini daha da yüksəltmək, həmçinin ölkəmizdə və xaricdə keçirilən maarifləndirici çıxışların daha uğurla keçirilməsidir.
Beynəlxalq standartlara uyğun müxtəlif təlimlərdən keçmiş həkimlər öz klinik təcrübələrinin nəticələrini yerli və beynəlxalq konfranslarda səmərəli şəkildə təqdim edə bilsinlər ki, bu da yeni biliklərin yayılmasına və elmi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini versin.
Parla® Pharmaceuticals şirkəti həkimlərə onların inkişafında daim dəstək verməyə hazırdır.