Parla Pharmaceuticals şirkətinin yerli istehsala dəstək məqsədilə start verdiyi Parlasın Azərbaycan adlı layihəsinə Azərbaycanın ən böyük şokolad fabriki olan Ulduz fabriki də dəstək göstərib. Ulduz fabriki əməkdaşlıq çərçivəsində Əczaçıların II Ümumrespublika konfrans iştirakçılarını yerli istehsal olan dadlı və keyfiyyətli şokoladları ilə məmnun edib. Parlasın Azərbaycan layihəsi ölkəmizdə yerli istehsalın inkişafı və təşviqini hədəfləyib və qısa zaman ərzində böyük maraq toplayıb.