Oktyabrın 1-də ölkə əczaçılarının 2-ci Ümumrespublika konfransı baş tutub. Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, yerli və xarici əczaçılıq şirkətləri, o cümlədən praktik, elmi-tədqiqat və tədris sahəsində fəaliyyət göstərən əczaçılar iştirak ediblər. Tədbirdə Parla Pharmaceuticals şirkətinin direktoru Arash Nosrati Heravi da çıxış edib və o, yerli dərman istehsalının əhəmiyyətindən bəhs edib. Eyni zamanda şirkətin direktoru yerli dərman istehsalına dəstək ilə bağlı olan “Parlasın Azərbaycan” layihəsini təqdim edib və bütün tədbir iştirakçılarını layihəyə dəstək göstərməyə çağırıb.