
Əvvəlcə qələmi yoxlayın:
• Kresitan® qələminizin düzgün boy hormonu dozasını ehtiva etdiyinə əmin olmaq üçün onun adını, dozasını və etiketin rəngini yoxlayın.
• Kresitan® qələmini silkələməyin.
• Kresitan® qələminin etiketindəki son istifadə tarixini yoxlayın. Vaxtı keçmişdirsə istifadə etməyin.
• Qələmi bir və ya iki dəfə tərsinə çevirərək içindəki məhlulun şəffaf və rəngsiz olduğunu yoxlayın.
Kartricin içindəki məhlul şəffaf deyilsə və ya bulanıqdırsa, qələmdən istifadə etməyin.
İnyeksiya üçün hazırlıq
1. Qələmi soyuducudan çıxarın və otaq temperaturuna çatmasınadək gözləyin.

2. Əllərinizi sabun və su ilə yaxşıca yuyun və qurudun.

3. Qələmi bir əlinizlə tutun. Digər əlinizlə qələmin qapağını çıxarın.

4. Qələmin arakəsməsini spirtli tamponla silin.

5. İynənin arxasından kağız ilgəyi çıxarın. İynənin xarici qapağı çıxarılmadan, iynəni qələmə taxın və saat əqrəbi istiqamətində çevirməklə onu qələmə bərkidin.

6. İynənin xarici qapağını çıxarmaq üçün onu dartıb çəkin. İnyeksiyadan sonra iynəni çıxarmaq üçün iynənin xarici qapağına ehtiyacınız olacaq.

7. Qələmi iynəsi yuxarı olmaqla tutun. Qələmin daxili qapağını ehtiyatla çıxarıb atın.

8. İlk istifadə zamanı "2" rəqəmi dozanın göstərildiyi pəncərədəki doza göstəricisi ilə uyğunlaşana qədər doza hesablayıcısını çevirin.

9. Hava qabarcıqlarının yuxarı qalxması üçün barmağınızla kartrici ehtiyatla tıqqıldadın. Kartricdə bəzi kiçik qabarcıqlar qala bilər.

10. "0" rəqəmi dozanın göstərildiyi pəncərədəki doza göstəricisi ilə uyğunlaşana qədər narıncı düyməni sıxın. Əgər iynənin ucunda maye damcısını görürsünüzsə, bu o deməkdir ki, qələm istifadəyə hazırdır. Əgər iynənin ucunda damcı görünmürsə, 8 - 10-cu addımları təkrarlayın. Dörd dəfə cəhd etdikdən sonra, problem həll olunmursa, yeni iynəyə keçin. Əgər problem həll olunmursa, həkiminizlə əlaqə saxlayın.
İnyeksiya nahiyələri.

11. Narıncı rənglə göstərilmiş nahiyələr (qarın, budlar, qollar, sağrılar) preparatı inyeksiya etmək üçün ən yaxşı yerlərdir.
İnyeksiya yerini müntəzəm olaraq dəyişmək tövsiyə olunur.
Doza yığan cihazın tənzimlənməsi.

12. Həkiminiz tərəfindən tövsiyə edilmiş rəqəm doza ekranında görünənədək doza hesablayıcısını çevirin.
Doza hesablayıcısını zərurət olmadan fırlatmayın, bu, qələmin funksiyasını pisləşdirə bilər.
Əgər doza hesablayıcısını lazım olduğundan artıq fırlatmısınızsa (yanlış doza seçilibsə), sadəcə olaraq, düzgün rəqəmi seçmək üçün doza hesablayıcısını geriyə fırladın.
Dozanın seçilməsi mərhələsində narıncı düyməni sıxmayın, çünki bu, dərmanın axmasına səbəb olur.
Siz doza hesablayıcısını qələmin içərisində qalmış məhlulun miqdarından artıq olan rəqəmə fırlada bilməzsiniz. Doza hesablayıcısını güclə fırlatmayın. Qələmi atın və ya qələmdə qalmış vahidləri istifadə edin və dozanızı yeni qələmdən istifadə etməklə tamamlayın.
Dozanın müəyyənləşdirilməsi üçün kartricin üzərində yazılmış rəqəmlərdən istifadə etməyin.
Həkiminiz tərəfindən təyin edilmədiyi halda, heç vaxt qələmin içindəki bütün məhlulu bir dəfəyə inyeksiya etməyin.

13. İnyeksiya edəcəyiniz nahiyədə dərini spirtli tamponla təmizləyin.

14. Qələmi bir əlinizdə tutun və digər əlinizlə inyeksiya nahiyəsinin dərisini çimdik şəklində tutun.

15. İynəni dəriyə 90 dərəcə bucaq altında düz daxil edin.

16. Doza ekranında "0" rəqəmi görünənə qədər narıncı düyməni sıxın.
Narıncı düyməni sıxarkən, barmaqlarınızla doza hesablayıcısına toxunmayın. Bu, infeksiyanın qarşısını ala bilər.

17. Narıncı düyməni sıxıb saxlayın və dərmanın dəri daxilinə tam yeridildiyindən əmin olmaq üçün yavaş-yavaş 10-a qədər sayın. Sayıb qurtardıqdan sonra iynəni dərinizdən çıxarın. Qələmi çıxardıqdan sonra, qələmdə maye damcıları görürsünüzsə, növbəti inyeksiya zamanı iynəni dəridə daha uzun müddət saxlayın.

Inyeksiyadan sonra
18. İynənin xarici qapağını ehtiyatla iynəyə taxın. Qapağı taxılmış iynəni saat əqrəbinin əksi istiqamətində çevirin. Həkiminizin göstərişlərinə uyğun olaraq, iynəni xarici qapağı ilə birlikdə düzgün şəkildə atın.
İnyeksiyadan sonra, inyeksiya yerini quru pambıqla örtün.
Dərialtı inyeksiyalar müvəqqəti ağrıya və ya kiçik qançırlara səbəb ola bilər.

19. Qələmin qapağını yerinə taxın və onu 4 həftəyədək soyuducuda (2°C-8°C) və ya 3 həftəyədək otaq temperaturunda (25°C-dən aşağı) saxlayın.
