Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Məqsədimiz səhiyyə xidmətlərini daha əlçatan etmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bu məqsədlə, daha çox həyata toxunmaq və daha yaxşı gələcəyə öz töhfəmizi vermək üçün biz yüksək ixtisaslı mütəxəssisləri və gənc potensialları cəlb etməliyik. Parla Pharmaceuticals tələbə və məzunların iş dünyası ilə tanış olmaları və real həyatda təcrübə qazanmalarına, Parla Pharmaceuticals-da öz karyeralarına başlamaq fürsəti qazanmaları üçün “Parla Gənclər Akademiyası” layihəsinə start vermişik. “Parla Gənclər Akademiyası” gənc namizədlər üçün müxtəlif sahələrdə təcrübə proqramlarını əhatə edəcək. Bu layihə çərçivəsində Parla tərəfindən ödənişli təcrübə proqramları vasitəsilə seçilən namizədlər peşəkar mütəxəssislərdən müxtəlif təlimlər alacaq, mentorlarən və Parla komandasının digər üzvlərinin köməyi ilə maraqlı və çətin layihələr üzərində real iş təcrübəsi qazanacaqlar. Satış üzrə Təcrübə Proqramı İlkin olaraq, “Parla Gənclər Akademiyası” nəzdində “Satış üzrə Təcrübə Proqramı” start götürüb. Proqram üçün 700-dən çox namizədin müraciəti qəbul olunub. Namizədlərin son seçim mərhələlərindən sonra istedadlı 2 gənc layihədə iştirak haqqı qazanıb və “Parla Pharmaceuticals”da öz karyera yoluna başlayıb. Təcrübə proqramını uğurla başa vuran iştirakçılar Parla Pharmaceuticals komandasının üzvü olmaq şansı qazanacaqlar. “Parla Gənclər Akademiyası” çərçivəsində elan olunan təcrübə proqramları haqqında daha çox məlumat üçün internet səhifəmizdə Karyera bölməsinə nəzər salın. Təcrübə proqramları Vakansiyalar bölməsində mütəmadi olaraq elan olunur.