Laraglan® nədir?
Laraglan® qlükaqonabənzər peptid-1-in (GBP-1) analoqu liraqlutiddir.
- Hazır doldurulmuş qələmdir
- Hər qələmdə 3 ml/18 mq liraqlutid vardır
Liraqlutid - tip 2 şəkərli diabet xəstəliyində istifadə olunan dərman vasitəsidir.
Laraglan® böyüklərdə, yeniyetmələrdə və 10 yaşdan yuxarı uşaqlarda idarə olunmayan tip 2 diabetin müalicəsi üçün pəhriz və idmana əlavə olaraq göstərişdir:
- Monoterapiya kimi: metformin dözümsüzlük və ya əks göstərişlərə görə qeyri-münasib hesab edildiyi hallarda
- Diabetin müalicəsi üçün digər dərman vasitələrinə əlavə olaraq
Laraglan®
- Tip 2 şəkərli diabet xəstələrdə aclıq və yeməkdən sonra qanda qlükoza səviyyəsini aşağı salır
- Qlikemik nəzarəti yaxşılaşdırır
- Bədən çəkisini azaldır
- Ürək-damar xəstəliklərinin riskini azaldır
- 24 saatlıq təsirə malikdir
Laraglan® yalnız həkim tərəfindən təyin edilməlidir.
Niyə Laraglan®?
Yüksək keyfiyyət
Yerli istehsal
Münasib qiymət
Ölkənin bütün apteklərində mövcuddur
Necə istifadə edilməlidir?
Başlanğıc doza ən azı 1 həftə ərzində gündə 0,6 mq təşkil edir
Sonra doza 1,2 mq-a qədər artırılmalıdır
Kliniki reaksiyadan asılı olaraq, qlikemik nəzarəti daha da yaxşılaşdırmaq üçün doza ən azı 1 həftədən sonra 1,8 mq-a qədər artırıla bilər
Laraglan® istifadə olunur:
• Gündə 1 dəfə istənilən vaxt yeməkdən asılı olmayaraq
• Dərialtı
• Qarın, baldır və ya çiyin nahiyəsinə
Venadaxili və ya əzələdaxili istifadə etməyin.
Laraglan® inyeksiyasını etməyi unutmuşsunuzsa, xatırlayan kimi Laraglan®-nı dərhal yeridin. Lakin, buraxılmış dozadan 12 saatdan çox vaxt keçibsə, bu dozanı istifadə etməyin. Növbəti normal dozanı sonrakı gün vaxtında istifadə edin. Buraxılmış dozanı bərpa etmək üçün növbəti gündə yeritdiyiniz dozanı artırmayın və yaxud əlavə doza istifadə etməyin.
Həkiminizlə məsləhətləşmədən Laraglan®-nın istifadəsini dayandırmayın. İnyeksiyaları dayandırdığınız halda qanda şəkərin səviyyəsi yüksələ bilər.
Saxlanma şəraiti
Yeni qutu açılmazdan əvvəl: soyuducuda saxlanmalı (2°C - 8°C). Soyuducu elementdən uzaqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmayın. İstifadə zamanı: 30°C-dən aşağı, yaxud soyuducuda (2°C - 8°C), soyuducu elementdən uzaqda 1 ay saxlaya bilərsiniz. Dondurmayın.
Əhəmiyyətli məqamlar
Laraglan® istifadə olunmamalıdır
- Sizdə Liraqlutidə və ya Laraglan®-ın tərkibində olan digər maddələrə qarşı allergiya (yüksək həssaslıq) varsa
- Sizdə 1-ci tip şəkərli diabet və ya diabetik ketoasidoz varsa
- Hamiləliyi planlaşdırırsızsa və ya hamiləlik baş verərsə, Laraglan® ilə müalicə dayandırılmalıdır
- Laraglan® laktasiya dövründə istifadə edilməməlidir
- Ağır qaraciyər çatışmazlığı
Bu hallar varsa mütləq həkiminizə xəbər verməlisiz:
- Ürək çatışmazlığı
- Bağırsaqda iltihab xəstəlikləri və diabetik qastroparez olan xəstələrdə
- Kəskin pankreatit
- Qalxanabənzər vəzin xəstəlikləri (məsələn zob)
Laraglan®-ın hər dozasında 1 mmol-dan (23 mq) az natrium var, buna görə də preparatın tərkibində demək olar ki, natrium yoxdur.
Necə yardım edə bilərik?
Laraglan® haqda əlavə məlumat əldə etmək üçün +994 12 310 52 19 nömrəsinə zng edin.
- Laraglan® ölkənin bütün apteklərində mövcuddur
- Laraglan® onlayn aptekdə də (Məlhəm.az) mövcuddur